Maliyyə Nazirliyi I yarımildə 83 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb

07.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bu ilin I yarısında Maliyyə Nazirliyi 83 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb.

525.az xəbər verir ki, bu barədə nazirliyin yarım illik hesabatında bildirilir.

Sənədə əsasən, nəzarət tədbirlərinin 51-i hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-si isə plandankənar yoxlamalar əsasında aparılıb.

Hesabat dövründə nəzarət tədbirləri çərçivəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib, 2,6 milyon manat vəsaitin isə ilkin maliyyə nəzarəti ilə israfının qarşısı alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью