Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

05.09.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 5-də Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib. Məlumata görə, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 200,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7,00 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью