Maliyyə Nazirliyindən 200 milyon manatlıq addım

27.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, hərraca ümumi məbləği 200 milyon manat olan 2 milyon ədəd kuponlu, ortamüddətli dövlət istiqrazları çıxarılacaq.

Hər bir istiqrazın nominal dəyəri 100 manat, illik kupon dərəcəsi isə 7% təşkil edir. Tədavül müddəti 1080 gün (3 il) olan qiymətli kağızlar üzrə faiz ödənişləri 2027-ci ilin iyunundan başlayaraq hər 6 aydan bir (iyun və dekabr aylarında) həyata keçiriləcək. Əsas məbləğin ödənişi isə 2029-cu il dekabrın 1-də baş tutacaq. Onlayn mağaza

Qeyd edək ki, hərrac zamanı tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi təqdirdə, təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью