Maliyyə Nazirliyindən Beynəlxalq Valyuta Fonduna transfer olub

27.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Maliyyə Nazirliyinin şöbə müdiri Beynəlxalq Valyuta Fonduna (IMF) transfer olunub.

APA-Economics”in əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Makroiqtisadi Təhlil və Fiskal Risklərin İdarə Edilməsi Şöbəsinin müdiri Elmir Eyvaz-zadə IMF-də xüsusi təyinatla cəlb olunmuş iqtisadçı (Special Appointee Economist) kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, Elmir Eyvaz-zadə 2018-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

Məlumata görə, o, IMF-in Yaxın Şərq və Mərkəzi Asiya Departamentində (MCD) analitik və tədqiqat fəaliyyəti ilə məşğul olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью