Maliyyə Nazirliyinə yeni təyinat olub

29.05.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Maliyyə Nazirliyinə yeni təyinat olub.

Bu barədə “APA-Economics”ə Nazirlikdən bildirilib. Məlumata görə, may ayında etibarən Elvin Hacıyev Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Təhlil və Koordinasiya şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Elvin Hacıyev yeni vəzifəsinə qədər “Bakı Metropoliteni" QSC-nin Daxili audit departamentin rəisi olub.

Bundan əvvəl isə E. Hacıyev Auditorlar Palatası, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası və Azərbaycan İnvestisiya Holdinqində müxtəlif vəzifələrdə çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью