Maliyyə Nazirliyinin jurnalı ləğv olunur

31.07.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Maliyyə Nazirliyinə məxsus jurnal ləğv olunur.

"APA-Economics" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, “Maliyyə və uçot jurnalı redaksiyası” MMC ləğv olunduğunu elan edib. Qeyd edilib ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 min manatdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью