Maliyyə Nazirliyinin rayon idarələri regional idarələrlə əvəz edilib

22.05.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Maliyyə Nazirliyinin şəhər və rayon idarələri ləğv ediliv və yerində regional idarələr yaradılıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, hər region üzrə mövcud olan bir neçə şəhər və rayon idarələri bir regional idarəyə çevrilib.

Məlumata görə, hazırda Nazirliyin Aran regionunda Şirvan, Salyan, Sabirabad, Hacıqabul rayon idarələrinin yerində Salyan regional Maliyyə İdarəsi yaradılıb. Şimal bölgəsində isə mərkəzi Qusar şəhəri olmaqla Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.

Maliyyə Nazirliyi məsələ ilə bağlı sorğunu cavablandıracağını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью