Maliyyə sektoruna kredit qoyuluşu 792 milyon manata çatıb

07.01.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Mərkəzi Bankdan XQ-yə verilən məlumata görə, ötən il dekabrın 1-nə maliyyə sektoruna kredit qoyuluşunun həcmi 792 milyon manat (aylıq müqayisədə 5,8 milyon manat, yaxud 0,7 faiz çox) təşkil edib.

Bu göstərici ötən ilin əvvəlinə nisbətən 223 milyon manat (və ya 39,2 faiz), 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 181 milyon manat (və ya 29,6 faiz) çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью