Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ekspertlərlə növbəti dəfə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı pul-kredit siyasəti, nəzarət və tənzimləmə çərçivələri, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də mərkəzi bankçılığın aktual məsələləri ətrafında səmərəli və konstruktiv müzakirələr aparılıb.