Maliyyə xidmət rəisinin məhkəməsi başlayır

28.11.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun milyonluq mənimsəmə işi üzrə ibtidai istintaq tamamlanıb. SİA-nın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilərək hakim Fikrət Əliyevin icraatına verilib.

Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

Bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elvin Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью