Malkinin evi soyuldu

15.01.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Milli Xokkey Liqasında (NHL) "Pittsburq" komandasında çıxış edən hücumçu Yevgeni Malkin qarət edilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, idmançının yaşadığı ev naməlum şəxslər tərəfindən soyulub. Oğurluq hadisəsi yanvarın 12-də "pinqvinlər"in "Ottava Senators" ilə oyunu zamanı baş verib.

Faktla bağlı araşdırma aparılır. /"Unikal"

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью