“Mall”un parkinqində iki maşınlıq yeri təkbaşına tutdu 77 TM 702 VİDEO

04.08.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda parklanma qaydasını pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 4-də səhər saatlarında “Gənclik Mall”un yeraltı parkinqində qeydə alınıb. Belə ki, 77-TM-702 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini parklanma yerində düzgün yerləşdirməyib. Kadrlardan göründüyü kimi, avtomobil xətlərə əməl olunmadan saxlanıldığı üçün eyni anda iki parklanma yerini tutub.

Bu cür davranış digər sürücülərin parklanma imkanlarını məhdudlaşdırmaqla yanaşı, parkinqdə hərəkətin təşkilinə də maneə yaradır. Qanunvericiliyə əsasən, sürücülər nəqliyyat vasitələrini yol nişanlarının, nişanlanma xətlərinin və parklanma qaydalarının tələblərinə uyğun şəkildə saxlamalıdırlar.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью