Malmö klubunun baş məşqçisi: Beşiktaş matçın favoritidir

06.11.2024

Icma.az bildirir, Mia.az portalına istinadən.

UEFA Avropa Liqasının 4-cü turunda bu gün  "Beşiktaş"ı qəbul edəcək "Malmö" klubunun baş məşqçisi Henrik Rydström mətbuat konfransında açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Beşiktaş"ın çox güclü komanda olduğunu deyib.

Henrik Rydström bildirib ki, İstanbul klubunun əla oyunçuları var: ""Beşiktaş", sözsüz ki, matçın favoritidir. Onların çox yaxşı da məşqçisi var. Komandanı çox yaxşı idarə edir. Heyətdən çox yaxşı istifadə edir. Ancaq bizim də təcrübəli oyunçularımız var. Böyük bir komandaya qarşı öz güvənli oynayacağıq"

Fərid Aslan

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью