Malta ilə oyunda dalaşan Antonla Abdulla milliyə çağırılacaq

16.09.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov yığmanın ötən toplanışında bir-biri ilə dava edən Anton Krivotsyuk və Abdulla Xaybullayevə dəvət göndərəcək.

Bu barədə “Qafqazinfo”ya çalışdırıcı özü məlumat verib. 

A.Abbasov bildirib ki, hər iki futbolçu çağırılan heyətdə olacaq. 

Qeyd edək ki, adıçəkilən futbolçular iyunun 5-də Maltaya qarşı keçirilən yoldaşlıq görüşündə dava etmişdi. Nəticədə Ayxan Abbasov onların hər ikisini yığmadan qovmuşdu. 

Xatırladaq ki, Azərbaycan yığması iyunun 27-də səfərdə Litva millisi ilə üz-üzə gələcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью