Malta Millətlər Liqasına qələbə ilə başladı

25.09.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Malta Millətlər Liqasına qələbə ilə başladı

Bu gün UEFA Millətlər Liqasında yeni mövsüm start götürüb.

QOL.az xəbər verir ki, D Liqasının 1-ci turunun ilk matçında Malta milli komandası öz meydanında Andorra yığmasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 17-ci dəqiqədə qonaqların futbolçusu Qiyom Lopes açıb. Malta ilk hissənin sonlarına yaxın - 37-ci dəqiqədə İrvin Kardonanın qolu ilə tarazlığı bərpa edib. Meydan sahiblərinə qələbə gətirən qola isə 81-ci dəqiqədə Teddi Teuma imza atıb.

Malta az sonra fərqi artırmaq imkanı əldə etsə də, 85-ci dəqiqədə İlyas Şuaref penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью