Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
UEFA Millətlər Liqasında yeni mövsümə start verilib.
Futbolpress.az xəbər verir ki, D Liqasının I turunun açılış matçında Malta milli komandası öz meydanında Andorra yığmasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 17-ci dəqiqədə Andorra millisinin üzvü Giyom Lopes açıb. Erkən qoldan sonra təzyiqi artıran Malta birinci hissənin sonlarına yaxın, 37-ci dəqiqədə İrvin Kardonanın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Adalılar üçün qələbə qolunu isə 81-ci dəqiqədə Teddi Teuma tora qovuşdurub.
Meydan sahibləri hesabdakı üstünlüyü daha da artırmaq şansı qazansalar da, 85-ci dəqiqədə İlyas Şuaref təyin olunan penalti zərbəsini boşa verib.
UEFA Millətlər Liqası
D Liqası
Malta – Andorra 2:1
Qollar: Kardona, 37, Teuma, 81 – Lopes, 17