Maltada ATƏT Nazirlər Şurasının iclası işə başladı

05.12.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Maltanın paytaxtı Vallettada ATƏT Nazirlər Şurasının 31-ci iclası başlayıb.

Sfera.az xəbər verir ki, tədbirdə ATƏT-in 57 üzv dövlətinin xarici işlər nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edir. 

Toplantı zamanı Avro-Atlantik və Avrasiya məkanında mövcud təhlükəsizlik vəziyyəti, ATƏT-in müxtəlif fəaliyyət sahələrində gördüyü işlər və regionda hərtərəfli təhlükəsizliyin təmin edilməsində təşkilatın rolu müzakirə olunacaq.

Qeyd edək ki, hər il dekabr ayında ATƏT-in Nazirlər Şurası üzv ölkələrin xarici işlər nazirlərinin və yüksək səviyyəli hökumət rəsmilərinin iştirakı ilə keçirilir. 2024-cü ildə ATƏT-ə Malta sədrlik edir.

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью