Maltada Bayramovla Mirzoyanın görüşü gözlənilmir

05.12.2024

Anews saytından alınan məlumata görə, Icma.az bildirir.

Maltada ATƏT nazirlərinin konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Ermənistan mətbuatına müsahibəsində deyib. 


Dekabrın 5-6-da Maltada ATƏT-in nazirlər konfransı keçirilir.

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında sonuncu görüş sentyabrın sonunda ABŞ--da keçirilib. 

Hazırda iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqlar prosesi davam edir. 

Aytac 


www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью