Maltada Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü planlaşdırılmayıb

05.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin - Ararat Mirzoyan və Ceyhun Bayramovun ATƏT Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində görüşü planlaşdırılmayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, ATƏT XİNŞ-nin 31-ci iclası dekabrın 5-6-da Maltada keçirilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью