Maltada Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü planlaşdırılmayıb

05.12.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin - Ararat Mirzoyan və Ceyhun Bayramovun ATƏT Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində görüşü planlaşdırılmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, ATƏT XİNŞ-nin 31-ci iclası dekabrın 5-6-da Maltada keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью