Maltada Ceyhun Bayramov və Mirzoyan arasında görüş olmayacaq

04.12.2024

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ATƏT Nazirlər Şurası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılmır.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 31-ci Nazirlər Şurasının iclasında iştirak etməsi, dekabrın 3-4 tarixlərində Maltaya işgüzar səfər edəcəyi və orada ikitərəfli görüşlərin də planlaşdırıldığı bildirilib. 

Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью