Maluda: “Çalışacağıq, Çempionlar Liqasında yaxşı nəticələr qazanaq”

18.05.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Sabah” Misli Premyer Liqasının XXXII turunda “Neftçi”yə uduzub – 1:2.

“Bayquşlar”ın futbolçusu Aaron Maluda matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Məğlubiyyətlə bağlı fikirlərini bildirərdin.
– Buna görə təəssüflənirik. Amma əsas odur ki, çempionuq. Rəqib də zəif komanda deyil, üstəlik, heyətimizdə rotasiyalar olmuşdu və bunun da nəticəyə təsiri var idi. Bir çox futbolçu birlikdə oynamamışdı. Amma dediyim kimi, bizim üçün əsas olan çempionluqdur.

– Qarşıda daha bir oyun var. Köklənmək çətin olmayacaq?

– Hər matça qələbə üçün çıxırıq. Digər matçlarda olduğu kimi, bu dəfə də ciddi yanaşacağıq. Çalışacağıq ki, mövsümü qələbə ilə başa vuraq.

– Adınız “Seltik”lə hallanır. Bu haqda nə deyə bilərsiniz?
– Bunlar sadəcə şayiələrdir. Bu barədə fikir bildirə bilmərəm.

– Klub tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq. “Sabah” neçə mərhələ keçmək potensialındadır?
– Maksimum köklənəcəyik. Çempionlar Liqasında asan rəqib olmur. Hər matç bizim üçün böyük təcrübədir. Çalışacağıq ki, Çempionlar Liqasında yaxşı nəticələr qazanaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью