futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah” Premyer Liqanın VIII turunda “Zirə“ni məğlub edib – 3:0.
Futbolpress.az xəbər verir ki, görüşdə bir qol, bir məhsuldar ötürmə ilə yadda qalan Aaron Maluda matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bildirib:
“Xoşbəxtəm, çox xoşbəxtəm. Turnir cədvəlində rəqiblərimizi irəli buraxmamalıyıq. Ona görə də ikiqat xoşbəxtəm. Vacib üç xal qazandıq. Yaxşı nəticələr qazanmaq üçün hər oyun azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Biz birlikdəyik, gəlin buna davam edək”.