Malyorka ilə yollar ayrıldı Kayl Larin İngiltərə klubunda

07.06.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kayl Larinin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Kanada millisinin hücumçusu "Malyorka"dan "Sauthempton"a keçib.

31 yaşlı futbolçu 2026-cı ilin fevralından İngiltərə klubunda icarə əsasında çıxış edirdi.

"Sauthempton" müqavilədə yer alan satınalma bəndindən istifadə edərək futbolçunu heyətinə qatıb.

Transferin dəyərinin 3 milyon avro olduğu bildirilir. Müqavilə iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Kayl Larin 2025/26 mövsümünün ilk yarısını "Feyenoord"da, ikinci yarısını isə "Sauthempton"da keçirib.

Kanada millisinin üzvü mövsüm ərzində bütün turnirlərdə 33 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

Yoxlama matçı: Türkiyə Venesuelanı məğlub edib İngiltərə qələbə qazandı: Yeganə qol Keyndən Portuqaliya-Çili matçında kütləvi dava - VİDEO Aziz Yıldırım baş məşqçi namizədini açıqladı: GÖZLƏNİLƏN SEÇİM “Fənər”də “transfer bombası”: Levandovski ilə razılıq əldə olundu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью