Icma.az bildirir, sport24.az portalına istinadən.
"Araz-Naxçıvan"ın futbolçusu Mamadu Kane Sport24.az-a müsahibə verib.
- Məğlubiyyəti şərh edərdiniz...
- Oyuna yaxşı başlamadıq. "Neftçi" güclü komandadır. Qol buraxandan sonra geridönüş etmək çətin olur. Oynamağa, hesabı bərabərləşdirməyə çalışdıq. Real qol şanslarımızı dəyərləndirə bilmədik. Ümumilikdə maraqlı qarşılaşma oldu. Qarşıda "Sabah" və "Qarabağ"la oyunlarımız var, onlara hazırlaşacağıq.
- Komandanın belə uğursuz çıxış etməsi nə ilə bağlıdır?
- Futboldur, belə hallar olur. Yaxşı nəticələr əldə etmək istəyirik, çalışırıq, ancaq alınmır. Bu durumdan çıxmağa çalışacağıq.
- Vaxtilə "Neftçi"də oynamasan,bu klubda adından söz etdirmisənin. İndi onlara qarşı oynamaq necə hissdir?
- Yaxşı hisslərdir. Peşəkar futbolçuyam və hər oyunda motivasiyam var.
- "Neftçi" sənin oynadığın dönəmdə daha güclü idi, yoxsa indi?
- Müqayisə etməyi sevmirəm. Onlar əvvəl də, indi də güclüdürlər.
- Öz oyununu necə dəyərləndirirsən?
- Nəticələr pisdirsə, oyunuma yaxşı deyə bilmərəm. Məşqlərdə, matçlarda çox çalışıram. Uğursuz zolaqdan çıxmalıyıq. İndiki məqamda bizim üçün yaxşı oyun yox, nəticə daha vacibdir.