Mamagama nın Niderlandda ilk canlı çıxışı | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat verir. Azərbaycanın "Avroviziya 2025" mahnı müsabiqəsindəki təmsilçisi "Mamagama" qrupu aprel
Modern.az xəbər verir ki, "Mamagama" qrupu səhnədə "Avroviziya 2025" üçün təqdim etdiyi “Run With U” adlı mahnısını canlı şəkildə ifa edərək
Onların enerjili çıxışı və vizual performansı tədbirin yaddaqalan anlarından biri kimi dəyərləndirilib.
Konsertdən əvvəl baş tutan mətbuat konfransı zamanı isə Mamagama qrupu müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin suallarını cavablandırıb, öz yaradıcılıqları, Avroviziya təcrübəsi və musiqi mesajları barədə ətraflı məlumat verib.
Təmsilçilər eyni zamanda digər iştirakçılarla da tanış olaraq müsabiqə öncəsi münasibət qurublar.
Qeyd edək ki, hər il baş tutan, Avroviziya mövsümünün simvolik tədbirlərindən biri kimi tanınan “Eurovision in Concert” müsabiqə öncəsi təmsilçilərə geniş auditoriya qarşısında özlərini təqdim etmək, ifalarını sərgiləmək və media ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradır.
Bu il tədbirdə 27 ölkənin təmsilçisi çıxış edib və onların arasında Azərbaycan da xüsusi maraqla qarşılanıb.
Tədbirin təşkilatçılarına görə, bu il "Eurovision in Concert" üçün 6 000-dən artıq bilet satılıb, bu isə tədbirin nə qədər böyük maraq doğurduğunun göstəricisidir.
Tam oxu
Xəbəri oxu