Mamdani 2028 ci il seçkiləri üçün pərdəarxası danışıqlara başladı

09.11.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Nyu-York şəhərinin meri Zöhran Mamdani 2028-ci il ABŞ prezident seçkilərində mütərəqqi siyasi qanadın namizədinin müəyyənləşdirilməsində təsirli rol oynamağa çalışır.

Turkustan.az xəbər verir ki, “Axios” nəşrinin məlumatına görə, prezidentliyə namizəd olmaq üçün zəruri tələblərə cavab verməyən Mamdani mütərəqqi qanadı güclü siyasi qüvvəyə çevirmək məqsədilə bir sıra addımlar atıb.

Danışıqlardan xəbərdar olan dörd mənbənin nəşrə bildirdiyinə görə, Mamdani həmkarlar ittifaqlarının rəhbərləri ilə qapalı görüşlər keçirib. O, əmək hərəkatı ilə yaxın əlaqələri olan və ya solçu mövqeləri ilə seçilən namizədin prezidentlik yarışına qatılmasını vacib hesab edir.

Mamdani Demokratların aralıq seçkilərdə qazandığı siyasi üstünlüyü itirməməli olduğunu düşünür.

Mənbələrin sözlərinə görə, Mamdani müttəfiqləri ilə qapalı müzakirələr zamanı 2028-ci il seçkilərinə niyə bu qədər önəm verdiyini də açıqlayıb. Buna səbəb onun yaxın siyasi müttəfiqi, Nyu-Yorkdan olan konqresmen Aleksandriya Okasio-Kortezin prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyinin hələ də bəlli olmamasıdır.

Aytən Yaşar/Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью