“Mamed Gas”ın rəhbəri SAXLANILDI

21.08.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkar saxlanılıb.

Bakıvaxtı.az Aktual.ge-yə istinadən xəbər verir ki, “Mamed Gas” MMC-nin rəhbəri Nəriman Allahverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Gürcüstan DİN-dən bildirilib ki, N.Allahverdiyev maliyyə mübahisəsi və daxil olan şikayətlərlə bağlı məhkəməyə gəlmədiyi üçün axtarışa verilib və məhz bu əsasla tutulub.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət təqibi həyata keçirilir. Sözügedən maddə qanunsuz sahibkarlıq fəaliyyətinə görə məsuliyyət nəzərdə tutur. Maddənin müvafiq bəndlərinə əsasən, əmələ görə cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Qeyd edilib ki, Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (SEMEK) daha əvvəl yaydığı açıqlamaya görə, “Mamed Gas” MMC-nin təbii qazın paylanması üzrə lisenziyası 1 avqust 2026-cı il tarixindən ləğv edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью