Mamed Süleymanov İsveçdə ikiqat çempion oldu FOTO

12.05.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Azərbaycan əsilli idmançı Mamed Süleymanov İsveç çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə qızıl medal qazanaraq ikiqat ölkə çempionu olub.

Bu barədə Bakupost.az-a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən biri, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

Mirzəyev bildirib ki, Süleymanovun bu uğuru İsveç güləş tarixində nadir hadisədir və onun həm texniki bacarığını, həm də psixoloji dözümlülüyünü nümayiş etdirir.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью