Mamicanyan Paşinyanı “yıxıb sürüdü”: “Onun ideoloji mesajı…” KONKRET

25.02.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Ermənistanın baş naziri Nikol Paşinyanın ideoloji mesajı “Odnoklassniki” sosial şəbəkəsindəki statuslar toplusuna bənzəyir”.

KONKRET.az xəbər verir ki, bunu “Mənim şərəfim var” parlament fraksiyasının rəhbəri Ayk Mamicanyan deyib.

O bildirib ki, Paşinyan klassik populist taktikalardan istifadə edir.

“Paşinyan Ermənistan üçün qəbuledilməz ideyaları təbliğ edir. Onları tədricən Bakının tələblərinə uyğunlaşdırır. Əvvəlcə baş nazir konstitusiya islahatlarına ehtiyacı tamamilə rədd etdi. Sonra o, dəyişikliklər ideyasını təbliğ etməyə başladı. Lakin indi Paşinyan artıq açıq şəkildə bildirir ki, düzəlişlər Azərbaycanın mövqeyini nəzərə almalıdır”, – Mamicanyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью