Manaf Ağayev pul yağışına tutuldu görüntüləri özü paylaşdı, sonra təcili sildi

01.08.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənni Manaf Ağayev bu dəfə məclisdə başına gələnlərlə gündəmə gəlib.
Sənətçi iştirak etdiyi məclislərin birində sözün əsl mənasında pul yağışına tutulub. Məclisdə çəkilən görüntülərdə Manaf Ağayevin üzərinə ard-arda pul səpildiyi görünür.
Maraqlısı isə odur ki, həmin görüntüləri sənətçinin özü sosial şəbəkə hesabında paylaşıb. Video qısa müddətdə diqqət çəkib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Lakin paylaşımın gündəmə çevrilməsindən sonra Manaf Ağayev videonu səhifəsindən silib. (musavat.com)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью