Manaf Ağayevdən gündəmi zəbt edən görüntüsü barədə AÇIQLAMA

16.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Aktrisa Çimnaz Sultanovanın dəfn mərasimində müğənni Manaf Ağayevin səsləndirdiyi cümlə gündəm olub. Bəzi sosial media səhifələri sənətçinin jurnalistlərə açıqlamasında "rəhmətə getdiyi haqqında mənə deməyib" cümləsini rişxənd mövzusuna çeviriblər.

Manaf Ağayev Oxu.Az-a açıqlama verib, sözügedən cümləni yanlışlıqla, həyəcandan dilə gətirdiyini bildirib:

"Yəni demək istəyirdim ki, o, ölüm barədə düşünmürdü, dedi ki, səhhəti yaxşıdır. Bəzi adamların səhhəti pisləşəndə ağlayırlar, deyirlər, "ölürəm". Amma Çimnaz dedi ki, yaxşıyam".

Qeyd edək ki, 45 yaşlı aktrisa 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью