Manafdan xanımı ilə bağlı etiraf VİDEO

30.11.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mənim həyat yoldaşım olmaq çox çətin məsələdir”.
Bizim.Media “olay.az”a istinadən xəbər verir ki , bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Rəngarəng” verilişində deyib.
Sənətçi proqramda həyat yoldaşından və onunla münasibətlərindən söz açıb:
“Öz ailəmə təşəkkür edirəm. Həyat yoldaşım nə çəkibsə də içində çəkib, təki Manafın qəlbinə dəyməyim, Manafın istədiyi olsun. Çünki bizdə əsl sevgi olub. Biz bir-birimizi sevib, evlənmişik.
Bizi atamız evləndirməyib.
Bəli, mən həyat yoldaşımı bu gün də sevirəm. Fəxr edirəm ki, mənim elə bir ailəm var. Bəlkə də onun yerinə kim olsa, mən indi bir neçə ailə qurmuşdum. Təbii ki, hər ailədə olduğu kimi, o da qısqanır”.


Qeyd edək ki, Manaf Ağayevin iki oğlan və bir qız övladı var.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью