“Manafovun yerli klublara keçidi artıq gündəmdə deyil” niyə?

12.01.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qış fasiləsində “Kəpəz”i tərk etməyə namizədlərdən biri də Turan Manafovdu.
Ötən həftə futbolçunun meneceri Manafova premyer-liqa klublarından və İsraildən təklif olduğunu da bildirmişdi. Lakin Gəncə təmsilçisinin oyunçunu buraxmadığını, daha doğrusu, müəyyən ödəniş tələb etdiyini də gizlətməmişdi. Görəsən, Manafov ən azı mövsümün sonuna qədər “Kəpəz”də qalacaq, yoxsa gedəcək? Son məlumatları öyrənmək üçün yenidən menecer Kamran Şahverdiyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Manafovun yerli klublara keçidi artiq gündəmdə deyil. Yerli klublardan gələn təklifləri “Kəpəz” dəyərləndirmir. Sadəcə, Manafov üçün İsrailin elita klubu ilə danışıqlarımız davam edir”.


RÖYANƏ OĞUZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью