Manat 3,3 faiz UCUZLAŞDI Yeni məzənnə inflyasiyaya necə təsir edir?

03.12.2024

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2024-cü ilin ilk 9 ayında Azərbaycan manatının qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 2,9% möhkəmlənib, real effektiv məzənnəsi isə 3,3% ucuzlaşıb”.

Sfera.az xəbər verir ki, bu haqda məlumat “Pul siyasəti icmalı”nda əksini tapıb. Məlumata əsasən, Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.

İlk 9 ay ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Manatın məzənnəsi türk lirəsinə qarşı 17,1%, Ukrayna qrivnasına qarşı 11,2%, Qazaxıstan tengəsinə qarşı isə 5,3% yüksəlib.

Bu dövrdə manatın məzənnəsi avro qarşısında 1,7%, İngiltərə funt sterlinqi qarşısında 4,2%, İsveçrə frankı qarşısında isə 2% ucuzlaşıb.

Vasif

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью