Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
İlin əvvəlindən manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.
Teleqraf.com xəbər verir ki, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda hərəkət edib.
Belə ki, kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.32%, satış məzənnəsi isə 0.12% fərqli olub.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Manatın məzənnəsi türk lirəsinə qarşı 17.1%, Ukrayna qrivnasına qarşı 11.2%, Qazaxıstan tengəsinə qarşı isə 5.3% yüksəlib. Hesabat dövrü ərzində manatın məzənnəsi avro qarşısında 1.7%, İngiltərə funt sterlinqi qarşısında 4.2%, İsveçrə frankı qarşısında isə 2% ucuzlaşıb.
2024-cü ilin 9 ayı ərzində manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 2.9% möhkəmlənib, real effektiv məzənnəsi isə 3.3% ucuzlaşıb. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.