Manat möhkəmlənib, qiymətlər nəzarətdə | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. 2024-cü ildə Azərbaycan Mərkəzi Bankı ölkədə qiymətlərin sabit qalması üçün tədbirləri davam
Modern.az xəbər verir ki, 2024-cü il faiz dəhlizi parametrləri 8 dəfə müzakirə edilib.
Pul siyasətinə həsr edilmiş ilk 3 iclasda uçot dərəcəsinin 8%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 9%-dən 8.25%-ə, faiz dəhlizinin aşağı həddinin isə 6.5%-dən 6.25%-ə endirilməsi ilə bağlı qərarlar qəbul edilib.
Ardıcıl son 5 iclasda isə faiz dəhlizinin parametrləri dəyişməz saxlanılıb.
Mərkəzi Bank bazarda dövriyyədə olan pulun miqdarına nəzarət edib.
2024-cü ildə bəzi xarici və daxili amillərə görə bank sistemində pul miqdarı bir qədər azaldığı üçün, Mərkəzi Bank bazardan əlavə pul çəkmə əməliyyatlarını (sterilizasiya) əvvəlki illərlə müqayisədə azaldıb.
2024-cü ildə manatın dəyəri bizim əsas ticarət etdiyimiz ölkələrin valyutalarına qarşı bir qədər möhkəmlənib.
Nominal effektiv məzənnə (valyutaların rəsmi kurslarına əsasən) 9 faiz , real effektiv məzənnə (inflyasiya nəzərə alınaraq hesablanır) isə 2,2 faiz artıb.
Tam oxu
Xəbəri oxu