Manatın 2026 cı ildəki məzənnəsi ilə bağlı vacib XƏBƏR

01.12.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valyuta ehtiyatları və idarə olunan üzən məzənnə rejimi manatın sabitliyini qorumaqda davam edəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Fitch Group"a daxil olan "Fitch Solutions" (FS) şirkətinin Azərbaycanla bağlı hesabatında bildirilib.

Hesabatda manatın ABŞ dollarına qarşı məzənnəsinin 2026-cı ildə 1,7 səviyyəsində qalacağı və yaxın dövrdə ciddi dəyişiklik gözlənilmədiyi vurğulanır. Qurum hesab edir ki, böyük xarici şoklar baş vermədiyi halda məzənnənin kəskin hərəkəti üçün əsas yoxdur.

Proqnoza əsasən, AMB inflyasiya təzyiqlərinin yüksək olsa da, ümumilikdə azalma trendində olması AMB-yə ehtiyatlı yumşalma imkanı yaradır. Bu da məzənnə sabitliyini dəstəkləyən əsas amillərdən biri olacaq. /Apa-Economics"

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью