Manatın dövretmə sürəti açıqlandı

29.11.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb

Bu, oktyabrın 1-i ilə müqayisədə 0,04 bənd çox, ilin əvvəli ilə müqayisədə eyni, ötən il noyabrın 1-nə nisbətən isə 0,14 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью