Manatın effektiv məzənnəsindəki artım tempi aşağı düşüb

29.01.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Ötən il manatın xarici valyutalara nisbətən həm nominal, həm də real effektiv məzənnəsində artım tempi əvvəlki illərlə müqayisədə aşağı düşüb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ildə manatın nominal effektiv məzənnəsi 2,5%, real effektiv məzənnəsi isə 15,8% artıb.
Məlumat üçün bildirək ki, 2024-cü ildə manatın nominal effektiv məzənnəsində 9,2%, real effektiv məzənnəsində isə 25,1% artım qeydə alınmışdı.
Qeyd edək ki, manatın nominal və real effektiv məzənnəsində qeydə alınan artım tempinin aşağı düşməsi milli valyutamızın xarici valyutalar qarşısında daha az bahalaşdığını göstərir.
Onu da bildirək ki, əvvəlki illə müqayisədə manatın xarici valyutalar qarşısında zəifləməsi idxal inflyasiyasını artırsa da, yerli istehsala və ixraca müsbət təsir edir. Manatın real məzənnəsinin daha aşağı templə artması Azərbaycan mallarının xarici bazarlarda rəqabət qabiliyyətini nisbətən yüksəldir.  Manatın real effektiv məzənnəsinin 15,8% artması o deməkdir ki, Azərbaycanın xaricə satdığı məhsullar həmin bazarlarda bir o qədər bahalaşıb. Məsələn, real effektiv məzənnənin müqayisə olunduğu baza ilində Azərbaycanın ixrac etdiyi pomidorun 1 kiloqramı Rusiyanın daxili bazarında 1 dollara satılıbsa, 2025-ci ildə məzənnə fərqi səbəbindən 1,16 dollara satılıb. Bir il əvvəl isə bu məhsul xarici bazarlarda 1,25 dollar olub. İdxalın əksinə olaraq, real effektiv məzənnənin azalması xaricdən gətirilən məhsulların bahalaşmasına səbəb olur.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью