Manatın kursunun iqtisadiyyata təsiri: məzənnə sabit qalacaqmı? ŞƏRH | Icma.az
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq. 2017-ci ildən Azərbaycan manatının məzənnəsinin sabit qalması müşahidə edilir.
Manatın kursunun sabit saxlanılması dedikdə milli valyutanın ABŞ dolları ilə məzənnəsinin dəyişməz qalması nəzərdə tutulur.
Mərkəzi Bank mütəmadi olaraq valyuta bazarına müdaxilə etməklə manatla dollar arasında olan kursun sabitliyini qorumağa çalışır.
Bəzi illərdə manatın ucuzlaşması üçün, bəzilərində isə manatın bahalaşmasına əsaslar yaransa da Mərkəzi Bank müdaxilə etməklə kursun sabitliyini təmin edib.
Sfera.az xəbər verir ki, 2017-ci ildən, məzənnənin sabit qalmasından sonra Azərbaycan Mərkəzi Bankın valyuta ehtiyatları artıb.
Həmin ilin əvvəlində 4 milyard dollar olan valyuta ehtiyatlarının həcmi bu ilin 2024-cü ilin sentyabrın sonunda 11,9 milyard dollara qədər artıb.
Ötən müddətdə Mərkəzi Bankın xarici valyutada olan ehtiyatlarının həcmi 8 milyard dollara yaxın artıb ki, bu da məhz məzənnənin sabit qalmasının gətirdiyi dividentdir.
2017-ci ildən başlayaraq Azərbaycanın cari əməliyyatlar balansında və ümumilikdə tədiyə balansında profisitin qeydə alınması ölkəmizdə dollar-manat balansının manatın xeyrinə dəyişməsinə səbəb olub.
Tam oxu
Xəbəri oxu