Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
5 ildə azad edilmiş ərazilərin bərpasına 20 milyard manat vəsait ayrılacaq İqtisadiyyat Nazirliyinin beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,1 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2029-cu ildə 3,8 faiz olacağı gözlənilir.
Maliyyə Nazirliyinin hazırladığı “2025-2029-cu illər üzrə ortamüddətli büdcə çərçivəsi”ndə bu barədə geniş məlumat verilib.
Bildirilib ki, proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksələcəyi gözlənilir.
İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozlarında isə 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi isə sabit, cari ilin səviyyəsində gözlənilir.
Proqnozlara əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcmi 136 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 163 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 129 milyard manata qədər artacağı gözlənilir.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft-qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır.
2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır.