Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son statistik məlumatlara görə, manatın dövretmə sürəti 3,33 bənd təşkil edib.
Bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd, ilin əvvəli ilə müqayisədə 0,12 bənd azdır.
Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb.
Manatın dövretmə sürətinin azalması nəyə işarədir? Turkustan.az xəər verir ki, iqtisadçı Eyyub Kərimli Globalinfo.az-a açıqlamasında hazırda
“Manatın dövriyyə sürətindəki azalma hər zaman belə dəyərləndirilməməlidir.
Bu il inflyasiya göstəricilərimiz aşağı səviyyədədir və bu, iqtisadi fəallığın mülayim azalması ilə əlaqədar ola bilər.
Ümumilikdə, cari ilin ilk 5 ayının göstəricilərini müqayisə etdikdə, manatın dövriyyə sürətindəki azalmaların devalvasiya prosesini aktivləşdirmədiyi aydın olur”, - o qeyd edib.