Manatın məzənnəsində sabitliyin 2027 ci ildə də qorunacağı gözlənilir QURUMDAN AÇIQLAMA

27.11.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

2027-ci il dövlət büdcəsində manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1,70 səviyyəsində saxlanılması proqnozlaşdırılır. Qlobal iqtisadi qeyri-müəyyənliklərə və neft qiymətlərində mümkün dəyişikliklərə baxmayaraq, ölkənin makroiqtisadi göstəriciləri məzənnə sabitliyini dəstəkləyir. Xarici sektor üzrə proqnozlar da valyuta bazarında sabitlik üçün təhdidlərin olmadığını göstərir.

Bu fikirlər Azərbaycan Respublikası Mərkəzi Bankından SİA-nın sorğusuna cavab olaraq bildirilib.

Mərkəzi Bankdan qeyd edilib ki, hazırda makroiqtisadi fundamentallar məzənnə sabitliyini dəstəkləyir. Tədiyə balansının cari əməliyyatlar balansı (CƏB) profisitlidir.

2026-cı ilin ilk 6 ayında CƏB-in profisiti 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 12,4 faizi səviyyəsində olub. Bu şəraitdə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir və de-dollarlaşma prosesi davam edir.

Bildirilib ki, son bir ildə rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 3,3 faiz bəndi azalaraq 2026-cı ilin oktyabrında 25,2 faizə enib.

Mərkəzi Bankın proqnozlarına görə, 2027-ci ildə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 6 faizdən yüksək olacaq. Bu göstəricinin valyuta bazarında sabitliyin qorunmasına dəstək verəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью