Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,5 bənd azdır. Dominos pizza
Aprelin sonuna manatın real effektiv məzənnəsi isə 115,3 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,4 bənd az, ilin əvvəli ilə müqayisədə 0,5 bənd az, ötən il mayın 1-nə nisbətən isə 3,3 bənd azdır.