Manatla bağlı PROQNOZ: Belə olsa...

11.12.2024

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Neft qiymətləri kəskin düşərsə, manatın məzənnəsinin tənzimlənməsi ehtimalı yaranacaq. 

News24.az xəbər verir ki, bu barədə "Standard & Poor's Global Ratings" agentliyi 2027-ci ildə Azərbaycanın xarici valyuta axını ilə bağlı proqnoz verib.

Agentlik bildirib ki, neftin qiyməti kəskin düşərsə və uzun müddət qiymət yüksəlmərsə, hökumət manatın məzənnəsini tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edir. Proqnoza görə, ölkəyə daxil olan xarici valyuta, ölkədən çıxan vəsaitdən az olacaq.

İqtisadçılar bildirirlər ki, bu, iqtisadi şəraitdən asılıdır və ehtiyatların azalması milli valyutanın tənzimlənməsini zəruri edə bilər. 2027-ci ildə bu vəziyyətin reallaşması Azərbaycanın ixracat layihələrindən asılıdır.\\milli.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью