Manatlıq dönərdən qalmadı : ucuz və bahalı arasında fərq nədir? Ekspert AÇIQLADI | Icma.az
Lent az saytına istinadən Icma.az xəbər verir. Hər yerdə, tində, bucaqda ən az 1 dönərxana var.
Adətən bu müəssisələrin şüşəsinə “dönər 1 – 1,5 manat” yazılmış menyu yapışdırılır, hətta bəzi yerlərdə dönər və ayran birlikdə bu qiymətlərə təklif olunur.
Lakin bir sıra restoranlarda 7-8 və daha yüksək qiymətli dönərlər də görürük.
Maraqlıdır, ət və digər ərzaqlar günü-gündən bahalaşırsa, illərdir manatlıq dönərlərin bazarı niyə hələ də, “ölmür?” Dönər alanda nəyə fikir verməliyik, qiymətə ya müəssisəyə?
Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bahalıq və ucuzluğun səbəbi heç də, həmişə keyfiyyətsizlikdən olmur: “Sahibkar var, evinə ruzi aparmaq üçün ucuz, lakin çox sayda dönər satır.
Əgər o, dönər ətini baytar nəzarətindən keçmiş, sanitar-gigiyena qaydalarına cavab verən müəssisədən alıb, düzgün şərtlər altına bişirərək, çarpaz çirklənməyə yol vermədən satırsa, onu alıb yemək olar.
Lakin 7-8 satılan yarpaq dönərlər (onlar qiymədən, farşdan yox, ətin yarpaq formada açılaraq kəsilməsindən hazırlanır) təmiz dana ətindəndir.
Onların içərisinə təmiz quzu quyruğu da, vurulur. Məhz burada qiymətlərinin baha olması da reseptura ilə birbaşa bağlıdır.
Tam oxu
Xəbəri oxu