Manatlıq taksi sürücüləri saxlanıldı, biri həbs olundu SƏBƏB

28.09.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Abşeronda avtomobilləri qarət edən manatlıq taksi sürücüləri saxlanılıb.

Modern.az-ın xəbərinə görə, 33 yaşlı Qüdrət Quliyev (şərti soyadla) və 23 yaşlı Elgiz Nuriyev (şərti soyadla) oğurluqda ittiham olunurlar

İttiham aktına görə, onlar əlbir olaraq Abşeron rayonu Ceyranbatan qəsəbəsində müxtəlif küçələrdə talama cinayətləri törədiblər. Belə ki, Qdrət və Elgiz 4 avtomobildən akkumulyatorlar, “Pioner” maqintofonlar və xeyli pul oğurlayıblar. Faktlar əsasında onların hər ikisi polis əməkdaşları tərəfindən saxlanılaraq, barələrində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci (qabaqcadan əlbir olan qrup halında və təkrar oğurluq törətmək) maddələrilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxslər ifadələrində Sumqayıt və Xırdalandan “20 Yanvar” metrostansiyasına manatlıq taksi fəaliyyəti ilə məşğul olduqlarını deyiblər. Məlumata görə, oğurluq ideyası Qüdrət Quliyev tərəfindən irəli sürülüb və icra olunub. Elgiz Qüdrətin bu fikrinə qarşı çıxsa da, cinayət əməlinin qarşısını ala bilməyib. Oğurlanan əşyalar isə elan saytlarının birində satılıb.

Məhkəmə istintaqı zamanı zərərçəkənlərə dəymiş ziyan ödənilib. Zərərçəkənlər təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmənin qərarı ilə Qüdrət Quliyev cəzasını ciddi rejimli müəssisədə çəkməklə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Elgiz Nuriyev isə 2 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

İlyas Turan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью