Manatlıq taksi sürücüsü qırmızıda keçib təhlükə yaratdı VİDEO

29.05.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 50-EY-784 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında dayanmadan hərəkət edərək yolayrıcına daxil olub. Bu zaman həm sağdan, həm də soldan gələn avtomobillərin sürücülərinə təhlükə yaradıb.

Videodan da aydın şəkildə görünür ki, sürücü bunu 1 manatdan sərnişin götürmək üçün edib.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью