Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az APA TV-yə istinadən xəbər verir ki, qadağa səbəbindən Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayanlar ciddi nəqliyyat problemi ilə üzləşiblər.
Vətəndaşlar bildiriblər ki, pik saatlarda avtobusların sayı və hərəkət intervalı da tələbatı qarşılamır. Nəticədə insanlar işə və evə getmək üçün saatlarla yolda qalırlar.
“20 Yanvardan Xırdalana, Masazıra gedən taksilərin hamısını yığışdırıblar. Gördüyünüz kimi, heç bir avtobusa da minmək olmur”.
Mütəxəssislər bildirir ki, sözügedən istiqamətdə digər nəqliyyat növlərinin sərnişindaşımaya daha çox cəlb edilməsi zəruridir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, Sumqayıt və Xırdalan Bakı aqlomerasiyasına daxil olan ən böyük yaşayış məntəqələrindəndir və bu ərazilərdə sərnişindaşımada yalnız avtobuslara güvənmək doğru deyil.
Daha ətraflı videomaterialda: